Türkiyənin Bursa əyalətinin Orhaneli rayonunda keçirilən şənlik mərasimində kütləvi qida zəhərlənməsi baş verib.
Yerli səhiyyə idarəsinin verdiyi məlumata görə, tədbirdə ikram olunan toyuq və düyü yeməyindən sonra 367 vətəndaş zəhərlənmə əlamətləri ilə Orhaneli Dövlət Xəstəxanasına və digər tibb müəssisələrinə müraciət edib.
Bildirilib ki, müraciət edənlərdən 74-ü digər xəstəxanalara təxliyə olunub. Pasientlərin böyük əksəriyyəti müalicədən sonra evə buraxılıb, hazırda 23 nəfər həkim nəzarəti altında müalicəsini davam etdirir.
Mütəxəssislər tərəfindən qida və su nümunələri götürülüb, hadisə ilə bağlı adli və idari araşdırmalara başlanılıb.
İzmedia.az
![]()

