İran ABŞ-ın Larak adasına hücumundan sonra BMT Təhlükəsizlik Şurasına müraciət edib

1 Min Read
“Press TV” telekanalının yaydığı məlumata görə, ABŞ hərbi qüvvələrinin Fars körfəzində yerləşən Larak adasına endirdiyi hava zərbələrindən sonra İran İslam Respublikası rəsmi şəkildə BMT Təhlükəsizlik Şurasına müraciət edərək Vaşinqtona qarşı təcili tədbirlərin görülməsini tələb edib.
İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Birləşmiş Ştatların hərəkətlərini ölkəsinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib. Tehranın bu “qanunsuz təcavüz aktını” qətiyyətlə pislədiyini bildirən diplomat vurğulayıb ki, ABŞ-ın bu addımları dövlət terrorizmi və müharibə cinayətləri kateqoriyasına daxildir.
Məktubda qeyd olunub ki, İran Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib və İordaniyadakı ABŞ hərbi bazalarına adekvat müdafiə zərbələri endirib. Dərzi bəyan edib ki, Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığına və dəniz təhlükəsizliyinə yeganə real təhdid mənbəyi ABŞ və İsrailin bölgədəki hərbi varlığıdır.
İran diplomatik korpusu tələb edib ki, BMT Təhlükəsizlik Şurası güc tətbiqinə görə Vaşinqtonun cavabdehliyini təmin etsin və müraciət rəsmi sənəd kimi dərc olunaraq üzv dövlətlər arasında paylansın. Məktubun sonunda xəbərdarlıq edilib ki, İran tərəddüd etmədən özünü müdafiə edəcək və hər hansı yeni hərbi təcavüzə daha sərt və mütənasib cavab verəcəkdir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş