ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi (Mike Huckabee) və ABŞ-ın Livandakı səfiri Mişel İssa (Michel Issa) İsrail Respublikasının Baş naziri Benyamin Netanyahu ilə üçtərəfli görüş keçiriblər. Müzakirələrin əsas mövzusu İsrail ilə Livan arasında hərbi münaqişənin nizamlanması və ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında əldə olunan irəliləyişlər olub.
Səfir Hakabi görüşdən sonra “X” sosial şəbəkəsində paylaşım edərək bildirib: “Mən İsrailin Baş naziri və ABŞ-ın Livandakı səfiri Mişel İssa ilə Vaşinqtonun sponsorluğu altında İsrail və Livan arasında aparılan məsləhətləşmələrin gedişatını müzakirə etmək üçün bir araya gəldim”. Diplomat əlavə edib ki, ABŞ administrasiyasının mövqeyinə görə, regionda dayanıqlı sülhün və nizamlanmanın bərqərar olunmasına yeganə real maneə “Hizbullah” hərəkatının hərbi fəaliyyəti olaraq qalır.
Daha əvvəl “Al Jazeera” telekanalının Amerika mənbələrinə istinadən verdiyi xəbərə görə, Livan və İsrail nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun sentyabrın əvvəlində Romada keçirilməsi planlaşdırılır.
“Al-Mayadeen” kanalı isə qeyd edib ki, avqustda Romada baş tutan yeddinci danışıqlar raundundan sonra ABŞ və İsrail tərəfləri artıq razılaşdırılmış iki əsas sektor üzrə konkret addımlar atılana qədər Beyrutun təklif etdiyi “sınaq təhlükəsizlik zonaları” şəbəkəsini genişləndirməkdən imtina edib.
İzmedia.az
![]()

