Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının mümkünlüyünü bəyan edib

1 Min Read
Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı konstruktiv dinc danışıqların mümkün olduğunu bildirib. Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən dövlət başçısı dinc nizamlanma üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Putin vurğulayıb ki, vasitəçilik səylərinə baxmayaraq, ilk növbədə Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir: “Bu problemi münaqişədə doğrudan iştirak edən tərəflər həll etməlidir. Yanaşma belə olmalıdır. Bununla belə, məsələnin sülh yolu ilə həllinə töhfə verməyə çalışan hər kəsə minnətdarıq”.
Rusiya prezidenti əlavə edib ki, ABŞ və Çin kimi ölkələr prosesə daim diqqət yetirir və xüsusən Çin Xalq Respublikasının Sədri Si Cinpin görüşlər zamanı bu mövzunu davamlı olaraq qaldırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş