Donald Tramp: “Şəxsi mənfəətim üçün deyil, ölkə üçün yüz milyardlarla dollar qazanmışam”

1 Min Read
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində növbəti diqqətçəkən paylaşımını edərək, birjaya yatırılan investisiyalardan dövlət büdcəsinə böyük həcmdə gəlir qazandırdığını bəyan edib.
Tramp paylaşımında özünə deyil, ölkənin rifahına xidmət etdiyini vurğulayıb: “Mən bunu özüm üçün deyil, ölkəmiz üçün edirəm. Səhmlərdən və bir çox digər aktivlərdən ABŞ üçün yüz milyardlarla dollar qazanmışam, özüm üçün deyil”. Dövlət başçısı eyni zamanda Radikal Demokrat Partiyasının nümayəndələrinin ünvanına səsləndirdiyi tənqidlərdən şikayətlənərək, bu cür münasibəti tamamilə ədalətsiz adlandırıb.
Diqqət çəkən məqamlardan biri də Trampın paylaşımına süni intellekt vasitəsilə hazırlanmış bir təsvir əlavə etməsidir. Fotoda Tramp Ağ Evdəki iş masası arxasında, bir neçə monitorun qarşısında əyləşərək birja səhmlərinin alqı-satqısı ilə məşğul olan “treyder” cildində təsvir olunub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş