Avstraliyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb: İki nəfər həlak olub

1 Min Read
Avstraliyanın Kvinslend ştatının Brisben şəhərinin cənubundakı Stokli (Stockleigh) kənd ərazisində “Beechcraft Bonanza” tipli kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Polis və yerli fövqəladə hallar xidmətinin məlumatına görə, təyyarə “Arçerfild” (Archerfield) hava limanından havalandıqdan təxminən 10 dəqiqə sonra şəxsi fermer təsərrüfatının ərazisinə düşüb. Qəzadan dərhal sonra təyyarənin qalıqlarının səpələndiyi otlaq sahəsində güclü yanğın baş verib. Alov sürətlə 300×400 metrlik əraziyə yayılaraq Yaxınlıqdakı yaşayış evinə təhlükə yaratsa da, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları yanğını lokallaşdıra biliblər. Evlərə və digər tikililərə ziyan dəyməyib.
Qəza zamanı təyyarədə olan pilot və sərnişin yerindəcə dünyasını dəyişib. Hüquq-mühafizə orqanları uçuş zamanı baş verən texniki nasazlıq və ya digər səbəblər barədə hələlik rəsmi açıqlama verməyiblər. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) faktla bağlı genişmiqyaslı təhqiqata başlayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş