İrəvanda saxta ABŞ dolları dəyişdirmək istəyən şəxs saxlanılıb

1 Min Read

Sentyabrın 7-də Ermənistan Daxili İşlər Nazirliyinin “112” əməliyyat idarəetmə mərkəzinə İrəvanın Andranik küçəsində yerləşən ticarət mərkəzlərindən birində saxta valyuta mübadiləsi cəhdi barədə həyəcan siqnalı daxil olub.

Daxil olan məlumat üzrə dərhal hərəkətə keçən Malatiya Polis İdarəsinin əməkdaşları müəyyən ediblər ki, valyutadəyişmə məntəqəsinin işçisi bir vətəndaşdan mübadilə üçün 3000 ABŞ dolları qəbul edib. Aparılan yoxlama zamanı təqdim olunan 100 dollarlıq əskinaslardan 9-unun saxta olduğu aşkarlanıb.

Saxta pulların əldə edilməsi və satışı şübhəsi ilə Masis şəhər sakini, 68 yaşlı kişi saxlanılaraq idarə etdiyi “Nissan” markalı avtomobillə birlikdə Malatiya polis bölməsinə aparılıb. Nəqliyyat vasitəsi bölmənin xüsusi mühafizə olunan duracağına yerləşdirilib. Factla bağlı toplanmış sənədlər növbəti prosessual tədbirlərin görülməsi üçün ibtidai istintaq orqanına təqdim edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş