Yaponiyanın Naqoya şəhərində güclü leysan: 40-dan çox yaralı var, ən yüksək təhlükə səviyyəsi elan edilib

1 Min Read
Yaponiyanın Naqoya şəhərində çərşənbə axşamı yağan güclü leysan yağışları ciddi fəsadlara yol açıb. “Kyodo” xəbər agentliyinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, suyun səviyyəsinin kəskin qalxması səbəbindən 200-ə yaxın avtomobil su altında qalaraq yararsız hala düşüb. İctimai nəqliyyatın hərəkətində yaranan ciddi aksamalar üzündən yüzlərlə sakin evlərinə gedə bilməyib.
Şəhərdə böyük çayların məcrasından çıxması ilə əlaqədar ən yüksək — beşinci səviyyəli təhlükə rejimi elan olunub. Hakimiyyət orqanları təhlükəli ərazilərdə yaşayan əhalinin dərhal təxliyə olunmasını tələb edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş