Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsindən sonra ölkədən qanunsuz miqrantların deportasiyası 2,6 dəfə artıb. TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər nazirinin birincı müavini Andrey Kikot ilə görüşündə bildirib.
Dövlət başçısı məcburi deportasiya hallarının sayında da 85 faizlik artımın qeydə alındığını diqqətə çatdırıb.
Statistikanı təsdiqləyən Daxili İşlər nazirinin birinci müavini Andrey Kikot ölkədən çıxarılan miqrantların ümumi sayının 100 min nəfərə çatdığını, onlardan 75 mininin isə məcburi qaydada deportasiya edildiyini qeyd edib.
İzmedia.az
![]()

