İran Hörmüz boğazı üçün yeni dəniz marşrutları müəyyənləşdirib

0 Min Read

SNN TV-nin məlumatına görə, İranın Limanlar və Dənizçilik Administrasiyası Hörmüz boğazından keçən gəmilər üçün təhlükəsiz marşrutları göstərən yeni xəritə dərc edib.

Sənədə əsasən, Fars körfəzinə daxil olan gəmilər Larak adasının şimalından keçməlidir. Geri qayıdan gəmilərin isə adanın cənubundan hərəkət edərək İran sahilləri boyunca irəliləməsi tələb olunur.

Qeyd olunur ki, bu tədbir “dəniz təhlükəsizliyi qaydalarına riayət etmək məqsədilə” həyata keçirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş