ABŞ-da ölüm hökmləri: Texasda edam planlaşdırılır, Corciyada isə icra təxirə salındı

2 Min Read
ABŞ-ın Texas ştatında üç nəfəri amansızlıqla öldürməkdə təqsirli bilinən 40 yaşlı LiCeyms Normanın çərşənbə günü iynə vurulmaqla edam edilməsi gözlənilir. Eyni gündə Corciya ştatında keçirilməsi planlaşdırılan digər edam prosesi isə hakim kararı ilə son anda dayandırılıb.
L.Norman 2005-ci ildə Kaliforniyanın Edna şəhərində bir evə basqın edərək Samuel Roberts (24), Tiffani Pikok (18) və Selso Lopesi (38) güllələyərək qətlə yetirməkdə təqsirli bilinib. Cinayətdən beş ay sonra Meksikadan ABŞ-a keçmək istəyərkən tutulan Norman əməlini etiraf edib. Onun cinayət ortağı Ker’Şon Reymi də ölüm hökmünə məhkum edilib və onun edamı gələn həftəyə planlaşdırılır. Texas Əfv Şurası və Apelyasiya Məhkəməsi Normanın cəzasının yüngülləşdirilməsi və ya təxirə salınması müraciətini rədd etdikdən sonra vəkillər ABŞ Ali Məhkəməsinə üz tutublar.
Corciyada yeni qanun edamı dayandırdı
Corciya ştatında 2003-cü ildə iki daşınmaz əmlak agentini — Sindi Uilyams (33) və Lori Braunu (21) soyaraq qətlə yetirən 53 yaşlı Steysi Hamfrisin edamı saat 19:00-a təyin olunmuşdu. Lakin yerli hakim ştatın yeni qəbul edilmiş “Sağ Qalanların Ədaləti Qanunu”na (Survivor Justice Act) əsasən hökmün icrasını təxirə salıb.
Müdafiə tərəfi Hamfrisin uşaqlıqda ağır fiziki və psixoloji zorakılığa məruz qaldığını və yeni qanunun bu cür hallarda cəzanın yenidən nəzərdən keçirilməsinə imkan verdiyini iddia edir. Corciya ştatının prokurorluğu isə qərardan apelyasiya şikayəti verərək edamın qüvvədə qalmasına çalışır.
“Associated Press”in məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri ABŞ-da 25 ölüm hökmü icra edilib. Florida ştatı edamların sayına görə liderliyini qoruyur, Texas bu il 5-ci edamına hazırlanır, Corciyada isə hələlik heç bir hökm icra olunmayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş