Filippinin keçmiş prezidenti Rodriqo Duterte Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsində (BCM) şəxsən iştirak edərək hakim qarşısına çıxıb.
Müdafiə tərəfinin 81 yaşlı экс-prezidentin səhhətindəki problemlər səbəbindən prosesdə iştirak edə bilməməsi barədə müraciətlərinə baxmayaraq, hakimlər onun sağlamlıq vəziyyətinin dinləmələri izləməyə imkan verdiyini qərara alıblar. Sentyabrın 16-da keçirilən dinləmə Dutertenin məhkəmə qarşısına çıxmaq qabiliyyətinin qiymətləndirilməsinə həsr olunub.
BCM keçmiş dövlət başçısını 2011–2019-cu illərdə – əvvəlcə Davao şəhərinin meri, daha sonra isə prezident kimi həyata keçirdiyi “narkotiklərlə mübarizə” kampaniyası çərçivəsində insanlığa qarşı cinayətlər törətməkdə ittiham edir. Prokurorluğun məlumatına görə, əməliyyatlar zamanı 30 minə yaxın insan öldürülüb. Filippin polisi isə rəsmi olaraq 6 200 ölüm faktı təsdiqləyib.
İttihamları rədd edən müdafiə tərəfi işin siyasi motivli olduğunu bildirir. Məhkəmə baxışının noyabrın 30-da başlanması planlaşdırılır.
İzmedia.az
![]()

