Sentyabrın 17-si səhər tezdən naməlum şəxslər Almaniyanın Frankfurt-Mayn şəhərinin ticarət küçələrindən birində iki partlayıcı qurğunu işə salıblar. “Bild” nəşrinin polis mənbələrinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 04:20 radələrində qeydə alınıb.
Partlayışlardan biri küçədəki köşkün, digəri isə mağazanın yaxınlığında törədilib. Hadisə zamanı xəsarət alan olmasa da, obyektlərə ziyan dəyib.
Xatırladaq ki, bu həftənin əvvəlində də şəhərdə 24 saat ərzində üç analoji partlayış baş vermiş və hüquq-mühafizə orqanları tərəfindən Hollandiya vətəndaşı olan 15 yaşlı yeniyetmə saxlanılmışdı. Polisin ilkin ehtimalına görə, bu dalbadal törədilən partlayışlar mütəşəkkil cinayətkarlıq qruplaşmalarının fəaliyyəti ilə bağlıdır.
İzmedia.az
![]()

