Çin iki yeni peyki orbitə çıxarıb: “Kuaizhou-11” raketinin növbəti uğurlu missiyası

1 Min Read
Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) “SpaceTY” şirkətinə məxsus Yer səthini müşahidə edən iki peykin uğurla orbitə yerləşdirildiyini bəyan edib.
Şirkətin “WeChat” hesabında yayılan məlumata görə, 51 və 52 nömrəli “SpaceTY” kosmik aparatlarını daşıyan “Kuaizhou-11” raketi Şimali Çindəki Tszüçuan (Jiuquan) Kosmodromundan havaya qalxıb. Bu, bərk yanacaqla işləyən dördpilləli raketin sayca 7-ci, 2026-cı ildə isə 3-cü uğurlu missiyası olub. Uzunluğu 25 metr olan “Kuaizhou-11” Aşağı Yer orbitinə 1,5 tona qədər faydalı yük çatdırmaq gücünə malikdir.
Qeyd edək ki, Pekin milli kosmik proqramını sürətlə genişləndirir. Meteoroloji, naviqasiya və rabitə peykləri ilə yanaşı, ölkə Ay, Mars və asteroidlərin tədqiqi istiqamətində də layihələr icra edir. Ötən il 92 kosmik buraxılışla öz rekordunu təzələyən Çinin orbitdəki xüsusi Kosmik Stansiyası da beynəlxalq əməkdaşlıq üçün fəaliyyətini davam etdirir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş