Səudiyyə Ərəbistanında dron hücumu: Ölənlər və yaralananlar var

1 Min Read
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Taif əyalətində pilotsuz uçuş aparatının (PUA) vurulması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. “Əl-Cəzirə”nin yerli mediaya istinadən verdiyi məlumata görə, həyatını itirən şəxs Krallıqda məskunlaşan Yəmən vətəndaşıdır.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti PUA-nın qonşu Yəməndəki husilər tərəfindən buraxıldığını bildirib. Hadisənin dəqiq təfərrüatları və xəsarətlərin konkret səbəbləri hələlik açıqlanmır.
Qeyd edək ki, bu, Yəməndə İranın dəstəklədiyi husilərin hücumları intensivləşdirməsindən sonra cari ay ərzində Səudiyyə Ərəbistanında qeydə alınan ilk rəsmi insan tələfatıdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş