Cəlilabad şəhəri ərazisində ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Izmedia.az xəbər verir ki,
ilkin məlumatlara görə, qəza qarşıda hərəkətdə olan “Vaz 21011” markalı avtomobilin manevr edərək dönmə əməliyyatı yerinə yetirdiyi zaman arxadan gələn “Mercedes” markalı nəqliyyat vasitəsinin ona çırpılması nəticəsində meydana gəlib. Zərbənin gücündən toqquşan nəqliyyat vasitəsi yoldan çıxaraq əks istiqamətdən gələn “VAZ 2106” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 4 nəfər- Mirzəzadə Fatimə (2010), Mirzəzadə Cəlal (1980), Quliyev Elçin (1979), Məmmədova Şəfa (2010) xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
![]()



