Sudanın şimal-şərqində yerləşən ucqar Oni bölgəsindəki qızıl mədənində çökmə baş verib. Şahidlərin sözlərinə görə, şənbə axşamı başlayan uçqun nəticəsində ən azı 11 nəfər həlak olub, 30 nəfər isə xilas edilərək xəstəxanalara yerləşdirilib.
Dövlətə məxsus “Sudan Mineral Resources Co” şirkətinin nümayəndəsi bildirib ki, dağıntılar altında qalanların axtarışı davam edir və xilasedicilər yerli sakinlərlə birlikdə axtarış-xilasetmə əməliyyatlarını sürdürürlər.
Bu, ölkənin qanunsuz və nəzarətsiz fəaliyyət göstərən qızıl mədənlərində bir həftə ərzində qeydə alınan ikinci böyük faciədir. Sentyabrın 13-də Sudanın qərbində baş verən silsilə mədən çökmələri zamanı ən azı 82 nəfər həyatını itirmişdi.
İzmedia.az
![]()

