ABŞ-da apokalipsis qorxusu geniş yayılıb – tədqiqat

1 Min Read

Tədqiqatçı Con Makqlinn “The Hill”də dərc olunmuş məqaləsində yazır ki, 100 milyondan çox amerikalı (ölkə əhalisinin təxminən üçdə biri) dünyanın sonunun öz həyatları dövründə baş verəcəyinə inanır.

Müəllif psixologiya sahəsində nüfuzlu elmi araşdırmaya istinad edərək qeyd edir ki, əvvəllər ABŞ-da apokalipsisə əsasən müəyyən dini qruplar və ya fərdi inanclı insanlar inanırdısa, bu gün bu yanaşma daha geniş yayılıb.

Məqalədə bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra “Üçüncü Dünya Müharibəsi” ifadəsi daha tez-tez istifadə olunmağa başlayıb və bu da ictimai narahatlığı artırır.

Tədqiqatçılara görə, apokalipsisin iqlim dəyişikliyi, nüvə müharibəsi, iqtisadi çöküş və süni intellektin inkişafı kimi amillərlə bağlı olacağına inananların sayı artır.

Bildirilib ki, dünyanın sonunun insan fəaliyyətinin nəticəsi olacağına inananlar bu riskin qarşısını almaq üçün daha sərt tədbirləri dəstəkləməyə meyllidirlər. Əksinə, bunun ilahi iradə olduğuna inananlar isə vəziyyətə daha passiv yanaşırlar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş