Ərdoğan BMT Baş Assambleyasında Azərbaycan və Ermənistan arasında sülh səylərini dəstəklədiyini bəyan edib

1 Min Read
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına tərəfdar olduğunu bildirib.
Ankaranın Cənubi Qafqazla bağlı mövqeyinin aydın olduğunu vurğulayan Türkiyə lideri, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın həll yolu tapmaq əzmini yüksək qiymətləndirdiyini və dəstəklədiyini diqqətə çatdırıb. Ərdoğan, həmçinin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətində olduğunu əlavə edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş