İsveç Milli Təhsil Agentliyinin (“Skolverket”) açıqladığı son statistikaya görə, ölkə tarixində ilk dəfə olaraq orta məktəbi bitirən oğlanların liseyə (gymnasieskolan) qəbul olunmaq hüququ qazanma nisbəti qızlardan daha yüksək olub.
Məlumata görə, gender fərqi son on ildə ardıcıl olaraq azalıb və hazırda cəmi 0,2 faiz bəndi təşkil edir. Agentlik bildirir ki, 9-cu sinfi bitirən hər altı şagirdlərdən biri müvafiq fənlər üzrə tələbləri ödəmədiyi üçün liseyə birbaşa keçid hüququnu itirib.
“Skolverket”in təhlil rəhbəri Anna Kastberq bildirib ki, statistikada müşahidə olunan fərq çox kiçikdir və müxtəlif sosial qruplar üzrə fərqli dinamika nümayiş etdirir. Kastberq vurğulayıb ki, birillik nəticələr əsasında tələsik yekun çıxarmaq doğru deyil və dəyişikliyin nə dərəcədə davamlı olduğunu yalnız uzunmüddətli müşahidələrdən sonra söyləmək mümkün olacaq.
İzmedia.az
![]()

