Cənubi Koreyanın İnçhon şəhərindəki iri supermarketlərdən birində kütləvi bıçaqlanma hadisəsi baş verib. “Khan.co.kr” portalının verdiyi məlumata görə, oktyabrın 13-də Namdonq rayonunda yerləşən ticarət mərkəzinin qida zonasında (food court) 60 yaşlarında bir kişi soyuq silahla müştərilərə hücum edib. Hücum nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu və infarkt keçirərək təcili xəstəxanaya çatdırıldığı bildirilir.
Hadisə yerinə gələn polis əməkdaşları hücumçunu saxlayıblar. Məlum olub ki, polisə qədər cinayətkar elə mağazadakı vətəndaşlar tərəfindən zərərsizləşdirilib. Şübhəli şəxsin çantasından çoxlu sayda əlavə kəsici-deşici alətlər və silahlar aşkar edilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbləri və cinayətkarın motivləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
İzmedia.az
![]()

