Rusiya və ABŞ nümayəndələri Nyu-Yorkda Ukrayna münaqişəsini müzakirə ediblər

0 Min Read

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner ilə görüşüb.

CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, tərəflər Rusiya-Amerika əməkdaşlığı ilə yanaşı, Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsi imkanlarını müzakirə ediblər. Dmitriyevin bu səfəri iki ölkə arasında davam edən dialoq və sülh səylərinin tərkib hissəsi kimi qiymətləndirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş