Qəzza zolağının Xan Yunis şəhəri yaxınlığında İsrail artilleriyasının açdığı atəş nəticəsində ən azı iki fələstinli mülki şəxs yaralanıb. Yaralılar Naser Tibb Kompleksinə çatdırılıblar.
Qəzzanın Səhiyyə Nazirliyinin son məlumatına görə, 2023-cü ilin oktyabrından bu yana davam edən hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 73 922-yə, yaralananların sayısı isə 174 995-ə çatıb.
Bildirilir ki, elan olunmuş atəşkəs rejiminə baxmayaraq, baş verən toqquşmalarda bu dövr ərzində 1 402 fələstinli həlak olub, 4 881 nəfər isə xəsarət alıb.
İzmedia.az
![]()

