İsrailli nazir İtamar Ben-Qvir yəhudi bayramı günündə Əl-Əqsa kompleksinə daxil olub

1 Min Read
İsrailin ultra-sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ofisi onun Məscidül-Əqsa kompleksinin ərazisinə daxil olduğunu əks etdirən video kadrlar yayımlayıb.
Kadrlarda radikal siyasətçinin yəhudilərin Sukkot bayramı münasibətilə İsrail polisinin mühafizəsi altında əraziyə daxil olduğu və burada dini ayinlər icra etdiyi görünür.
1967-ci ildən qüvvədə olan “status-kvo” sazişinə əsasən, Əl-Əqsa kompleksinin gündəlik idarəçiliyi İordaniyanın Qüdslə bağlı Vəqf İdarəsinə həvalə olunub. Razılaşmaya görə, kompleks ərazisində ibadət etmək hüququ yalnız müsəlmanlara məxsusdur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş