Təchizatda kəsilmə narahatlığı neftin qiymətini 106 dollardan yuxarı qaldırıb

1 Min Read
Yaxın Şərqdə davam edən ABŞ-İran münaqişəsi fonunda tədarük zəncirindəki kəsilmə qorxuları neft bazarında qiymət artımını fəallaşdırıb. “Brent” markalı xam neftin fyuçersləri 1,49 dollar (1,4%) bahalaşaraq bir barel üçün 106,77 dollara çatıb.
ABŞ-ın WTI (West Texas Intermediate) markalı neftinin qiyməti isə 1,34 dollar (1,5%) artaraq 93,94 dollar təşkil edib.
“Reuters” agentliyinin məlumatına görə, Yaxın Şərqdən neft ixracının bərpa olunması istiqamətindəki müsbət addımlara baxmayaraq, regional münaqişənin yaratdığı narahatlıqlar bazara təsir etməkdə davam edir. Qeyd edək ki, hər iki etalon neft növü əvvəlki hərrac sessiyasını da təxminən 1 dollar artımla başa vurmuşdu.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş