“Radical Storage” şirkətinin dünyanın ən çox ziyarət edilən 100 şəhərindəki 6897 məntəqə arasında apardığı araşdırmaya əsasən, Paris küçə yeməkləri üzrə dünyada birinci yeri tutub.
“Euronews”un məlumatına görə, təhlil zamanı müəssisələrin reytinqi, sıxlığı, qiymət münasibliyi, mətbəx müxtəlifliyi, eləcə də vegetarian, veqan və qlütensiz seçimlər nəzərə alınıb. Reytinqdə ən böyük çəkiyə məntəqələrin sıxlığı (30%) və büdcəyə uyğunluq (20%) malik olub.
Fransanın paytaxtı 10 baldan 7,2 bal toplayaraq lider olub. Şəhərdəki 401 müəssisənin 69,1%-i yüksək reytinqə malikdir və hər kvadratkilometrə 3,82 iaşə məntəqəsi düşür.
Ən yaxşı 10 şəhər:
-
Paris (Fransa)
-
Afina (Yunanıstan)
-
Saloniki (Yunanıstan)
-
Barselona (İspaniya)
-
London (Birləşmiş Krallıq)
-
Rodos (Yunanıstan)
-
Roma (İtaliya)
-
Hanoi (Vyetnam)
-
Budapeşt (Macarıstan)
-
Amsterdam (Niderland)
Qeyd edək ki, Rodos şəhəri müəssisələrinin 82%-nin yüksək reytinq alması ilə, London isə 39 müxtəlif mətbəx təklif etməsi ilə fərqlənib.
İzmedia.az
![]()

