İzmedia.az xəbər verir ki, hantavirus Avropada ilk dəfə İsveçrədə aşkarlanıb və bir nəfər Zürih Universitet Xəstəxanasında müalicə altına alınıb.
İsveçrə Federal İctimai Səhiyyə Ofisinin məlumatına görə, xəstə həyat yoldaşı ilə Cənubi Amerikaya səfər edib və “MV Hondius” kruiz gəmisi ilə Atlantik okeanında səyahət edib. İsveçrəyə qayıtdıqdan sonra onda xəstəlik əlamətləri yaranıb və dərhal xəstəxanaya yerləşdirilərək izolasiya olunub.
Laborator analizlər hantavirus infeksiyasını təsdiqləyib. Xəstənin həyat yoldaşı simptom göstərməsə də ehtiyat tədbiri olaraq karantinə alınıb.
Səhiyyə qurumları xəstənin təmasda olduğu şəxsləri müəyyən etmək üçün araşdırma aparır. Mütəxəssislər bildirirlər ki, hantavirus Avropada əsasən gəmiricilər vasitəsilə yayılır, bəzi növlərində isə nadir hallarda insandan insana yoluxma mümkündür.
![]()
