Böyük Britaniyanın Baş naziri Brexit-dən 10 il sonra Aİ-yə qayıdış variantlarını açıqlayıb

1 Min Read
Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) üzrə referendumdan 10 il ötdükdən sonra ölkə rəhbərliyi ilk dəfə olaraq blokla kəskin yaxınlaşma və ehtimal olunan yenidən birləşmə məsələsini gündəmə gətirib. “BBC”yə verdiyi müsahibədə Baş nazir Endi Börnhem (Andy Burnham) bu ilin sonlarında keçiriləcək Böyük Britaniya-Aİ sammitində üç əsas ssenarini müzakirə edəcəyini bildirib: Aİ-yə tam üzvlüyə qayıtmaq, Vahid Bazara qoşulmaq və ya Gömrük İttifaqına daxil olmaq.
Börnhem Brexit-in ölkəyə xeyirdən çox zərər vurduğunu vurğulayıb. Referendumun 10-cu ildönümü ilə bağlı keçirilən rəy sorğularına əsasən, britaniyalıların 52%-i Aİ-yə qayıtmağın lehinə, 33%-i isə aydın şəkildə əleyhinədir. Əhalinin 70%-i (hətta Brexit-ə səs verənlərin 61%-i) Aİ ilə daha sıx ticarət və iqtisadi əlaqələrin bərpasını dəstəkləyir.
Hökumət başçısı hazırda Leyboristlər Partiyasının mövcud platformasına sadiq qalsa da, qarşıdan gələn sammitdə Aİ ilə münasibətlərin yeni kursunu müəyyənləşdirməyi və bunu 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə seçicilərə əsas prioritet kimi təqdim etməyi planlaşdırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş