Səudiyyə Ərəbistanının dövlətə məxsus “Saudia” aviaşirkətinin təyyarə kapitanı Hamud əl-Qaltami Ər-Riyadın Kral Xalid Beynəlxalq Hava Limanına edilən raket hücumu nəticəsində həlak olub. “Əl-İxbariya” telekanalının verdiyi məlumata görə, aviaşirkətin mətbuat xidməti təyyarələrdən birinin zədələndiyini, dayanacaqda olduğunu və göyərtəsində sərnişinlərin bulunmadığını təsdiqləyib.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi hava limanı obyektlərinə və “Saudia” təyyarəsinə endirilən iki ayrı zərbə nəticəsində ümumilikdə 3 nəfərin həyatını itirdiyini, bir neçə nəfərin isə yaralandığını bəyan edib. Məlumata görə, Ər-Riyad hava limanına hədəflənən ballistik raket hücumunu Yəməndəki “Ənsar Allah” (Husi) hərakatı həyata keçirib. Qeyd olunur ki, bundan əvvəl də obyektə qarşı PUA-lardan istifadə cəhdləri qeydə alınmışdı.
İzmedia.az
![]()

