SEPAH: Hörmüz boğazında gəmilər hər gün hədəf alınır, ABŞ isə cavab verə bilmir

1 Min Read
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi sözçüsü Hüseyn Mohebbi Hörmüz boğazında hərbi qarşıdurmanın davam etdiyini bəyan edib.
İranın yarımrəsmi “Fars” xəbər agentliyinə müsahibə verən Mohebbi strateji su yolunda kiçik həcmli gəmilərin mütəmadi olaraq vurulduğunu bildirib: “Biz uzun müddətdir ki, kiçik gəmiləri vurur və onların keçməsinin qarşısını alırıq, lakin Amerika buna cavab verə bilmir”.
SEPAH rəsmisinin bu açıqlamaları İran rəhbərliyinin Qətərin vasitəçiliyi ilə ABŞ tərəfindən təqdim olunan sülh təkliflərini nəzərdən keçirdiyi dönəmə təsadüf edir. Təkliflər paketi Vaşinqtonun İrana qarşı iqtisadi sanksiyaları və blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin bərpa olunmasını nəzərdə tutur.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) də çərşənbə axşamı yaydığı məlumatda vacib su yolundan keçməyə cəhd edən ən azı üç ticarət gəmisinin hücuma məruz qaldığını təsdiqləyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş