“FlyDubai” təyyarəsindəki insidentlə bağlı terror şübhəsi araşdırılır – WAM

1 Min Read
Dubaydan Təl-Əvivə uçuş həyata keçirən “FlyDubai” aviaşirkətinə məxsus təyyarədə baş verən hadisənin terror fəaliyyəti və ya əvvəlcədən planlaşdırılmış qəsdlə əlaqəsi araşdırılır. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi WAM xəbər agentliyi oktyabrın 1-də məlumat yayıb.
BƏƏ Baş Prokurorluğunun tapşırığına əsasən, hadisənin təfərrüatlarını, motivlərini və ehtimal olunan terror əlaqələrini müəyyənləşdirmək üçün prokurorluq əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılıb. İstintaq tədbirləri BƏƏ Mülki Aviasiya Administrasiyası və digər aidiyyəti dövlət qurumları ilə sıx koordinasiyada həyata keçirilir.
WAM-ın açıqlamasında qeyd olunub ki, təyyarə BƏƏ-də qeydiyyatdan keçdiyi və bu ölkənin bayrağı altında uçduğu üçün hüquqi baxımdan tam olaraq BƏƏ-nin məhkəmə orqanlarının yurisdiksiyasına daxildir. Bu səbəbdən hava gəmisinin göyərtəsində, o cümlədən ölkə hüdudlarından kənarda törədilən cinayət əməllərinə BƏƏ qanunvericiliyi tətbiq edilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş