Livanın Baş naziri: “Böyük regional həlli gözləmək bizim üçün seçim deyil”

1 Min Read
Livanın Baş naziri Nəvaf Salam Nəbatiyyə şəhərində çıxışı zamanı İsrailin davam edən hücumları fonunda ölkənin cənub bölgəsinə dəstəyini növbəti dəfə bəyan edib. Baş nazir bildirib ki, Livanın regional sülh razılaşmasını passiv şəkildə gözləmək imkanı yoxdur.
Nəvaf Salam cənubda cərəyan edən müharibənin Livanın seçimi olmadığını, ölkəyə məcburi şəkildə tətbiq edildiyini vurğulayıb. O, münaqişə zonalarındakı humanitar və infrastruktur ehtiyaclarının miqyasının Livan dövlətinin mövcud imkanlarını aşdığını və ölkənin ciddi maliyyə dəstəyinə ehtiyac duyduğunu diqqətə çatdırıb.
Hökumətin əsas prioritetlərinin İsrailin təcavüzünü dayandırmaq, qoşunların geri çəkilməsini təmin etmək və didərgin düşmüş Livan vətəndaşlarının öz evlərinə qayıtması olduğunu qeyd edən Salam, dövlət suverenliyinin bərpası üçün “tək ordu” modelinin vacibliyini müdafiə edib.
“Böyük regional həlli gözləmək bizim üçün seçim deyil. Çünki belə bir razılaşma baş tutmaya da bilər, ya da baş tutacağı təqdirdə Livanın maraqları hesabına həyata keçirilə bilər”, – deyə Baş nazir vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş