Moldova XİN Rusiyanın səfirini məsləhətləşmələr üçün geri çağırdı: “Dron hadisəsi suverenliyimizin pozulmasıdır”

1 Min Read

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisində pilotsuz uçuş aparatının düşməsi və partlaması ilə nəticələnən insidenti qətiyyətlə pisləyib.

Yerli KİV-lərin məlumatına görə, nazirliyin yaydığı bəyanatda deyilir:

“Bu insident Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır, eləcə də vətəndaşlarımızın təhlükəsizliyini təhdid edir. Moldova Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni və bunun ölkəmizin və bütün regionun təhlükəsizliyinə mənfi təsirlərini pisləyir.”

Bu kontekstdə Moldova Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş