Lukaşenko: “Ukrayna münaqişəsinə baxışımız fərqli olsa da, həmişə Rusiyanın yanında olacağıq”

1 Min Read

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə ölkəsinin Moskva ilə strateji müttəfiqliyinə sadiq qaldığını bəyan edib.

Lukaşenko bildirib ki, Ukraynadakı münaqişənin ayrı-ayrı məqamlarına dair fərqli yanaşmalara baxmayaraq, Minsk Rusiya rəhbərliyinin qərarlarını dəstəkləməkdə davam edəcək. “Biz həmişə ortaq kursumuza sadiq qalacağıq. Rusiya rəhbərliyi qərar verərsə, biz həmişə sizinlə olacağıq. Biz heç vaxt xain olmamışıq”, – deyə Belarus dövlət başçısı vurğulayıb.

O həmçinin əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə cəbhədəki vəziyyəti müntəzəm olaraq müzakirə edirlər və hər iki lider proseslərə balanslaşdırılmış yanaşma nümayiş etdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş