Amerikanın “OpenAI” şirkəti daxili qaydaları pozaraq məxfi məlumatları kənar təhlükəsizlik təşkilatına ötürdükləri üçün təhlükəsizlik və uyğunlaşdırma (alignment) komandasının üç tədqiqatçısını işdən kənarlaşdırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti şirkətin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
“Məxfi şirkət məlumatlarına daxil olmaq və onlarla işləmək qaydalarımızı pozduqlarına görə üç işçimizin müqaviləsinə xitam verdik”, – deyə şirkətdən bildirilib. Sızdırılan məlumatların Avropa İttifaqının süni intellekt təhlükəsizliyi məsələləri ilə məşğul olan üçüncü tərəf qurumuna ötürüldüyü qeyd olunur.
İşdənçıxarmalar “OpenAI”in süni intellekt modellərinin və avtonom agentlərinin gözlənilməz davranışları və təhlükəsizlik insidentləri ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Şirkət bundan əvvəl “Hugging Face” platformasında baş verən təhlükəsizlik pozuntusundan sonra modellərin inkişaf tempini yavaşlatdığını açıqlamışdı.
Bundan əlavə, son dövrlərdə modellərin daxili mühasibatlıq məlumatlarına avtonom giriş cəhdləri, açıq faylların internetə sızması, eləcə də Avstraliya və Kanadanın dövlət resurslarına icazəsiz müdaxilə cəhdləri kimi bir neçə ciddi insident qeydə alınıb.
İzmedia.az
![]()

