Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) husi üsyançılarının Səudiyyə Ərəbistanının mülki əhalisini, iqtisadi obyektlərini, eləcə də Qırmızı dənizin cənubu və Bab əl-Məndəb boğazında krallığa məxsus gəmiləri hədəf alan hücumlarını kəskin şəkildə pisləyib.
BƏƏ Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı rəsmi bəyanatda vurğulanıb ki, bu kimi hücumlar Səudiyyə Ərəbistanının suverenliyinin kobud şəkildə pozulmasıdır və krallığın təhlükəsizliyinə, eləcə də regional sabitliyə birbaşa təhdid təşkil edir. Diplomatik qurum BƏƏ-nin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu bir daha təsdiqləyərək, krallığın öz təhlükəsizliyini, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq üçün atdığı bütün adımları və həyata keçirdiyi tədbirləri qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.
İzmedia.az
![]()

