Almaniya İsrailin Livanın cənubunda həyata keçirdiyi quru hərbi əməliyyatlarının genişləndirilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib və bölgədə vəziyyətin daha da qeyri-sabitləşə biləcəyi barədə xəbərdarlıq edib.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful verdiyi açıqlamada İsrail qoşunlarının Livan ərazisinin dərinliklərinə doğru irəliləməsinin ciddi narahatlıq doğurduğunu və bunun yeni humanitar problemlərə səbəb ola biləcəyini bildirib.
Bəyanatda qeyd olunub: “İsrail ordusunun Livanın cənub bölgəsinin dərinliklərinə doğru irəliləməsi ciddi narahatlıq doğurur”.
Almaniya diplomatiyasının rəhbəri bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.
Vadeful vurğulayıb ki, hər hansı eskalasiya onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq və Livan daxilində yeni məcburi köçkün dalğalarının yaranmasına səbəb olacaq.
Berlin həmçinin ölkənin cənubunda davam edən hərbi əməliyyatlar fonunda humanitar vəziyyətin pisləşməsi və məcburi köçkünlərin sayının artması riskinə diqqət çəkib.
Qeyd edək ki, daha əvvəl İsrail qoşunlarının Livanın cənubundakı mühüm strateji mövqelərdən biri hesab olunan tarixi Bofort qalasını nəzarətə götürdüyü barədə məlumat yayılmışdı.
İzmedia.az
![]()

