Norveçdə aparıcı telekommunikasiya operatoru “Telenor”un şəbəkəsində baş verən kütləvi texniki nasazlıq ölkə üzrə bütün qatar hərəkətinin tamamilə dayanmasına və təcili yardım xidmətlərinin işində ciddi fasilələrə səbəb olub. Dəmir yolu infrastrukturu operatoru “Bane NOR” rabitə kəsintisi səbəbindən fövqəladə hallarda təcili xidmətlərlə əlaqə saxlanılmasının qeyri-mümkün olduğunu və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün qatarların hərəkətini dərhal saxladıqlarını bəyan edib.
İnsident polis, yanğınsöndürmə və təcili tibbi yardımın qaynar xətlərinə, eləcə də “Telenor” abunəçilərinin zəng və SMS xidmətlərinə təsir göstərib. Təhlükəsizlik risklərini azaltmaq məqsədilə Norveç polisi küçələrdə patrul xidmətini gücləndirib. Bütün stasionar, mobil və dövlət rabitə altyapısını idarə edən “Telenor” şirkəti baş vermiş şəbəkə çökməsində kiberhücum əlamətlərinin aşkar edilmədiyini bildirib.
İzmedia.az
![]()

