Bloomberg agentliyinin NATO-nun yüksək vəzifəli hərbi rəsmisinə istinadən yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri sentyabr ayı ərzində Ukraynadakı döyüş əməliyyatlarında 50 mindən çox canlı qüvvə (şəxsi heyət) itirib. Hərbi analitiklərin qiymətləndirmələrinə əsasən, bu itkilərin ən azı 28 minə yaxınını həlak olanlar təşkil edir. Eyni dövr ərzində müdafiə mövqelərində yerləşən Ukrayna ordusunun itkiləri isə 5 minə yaxın (ölən və yaralanan) qiymətləndirilir. Bu göstəricilər sentyabr ayında Rusiyanın canlı qüvvə baxımından Ukraynadan təxminən 10 dəfə çox itki verdiyini ortaya qoyur.
Analitiklər rekord itkilərin əsas səbəbi kimi Rusiya komandanlığının piyada birləşmələrini müdafiə xətlərini yararmaq məqsədilə dron, artilleriya və minalarla intensiv qorunan “zərbə zonalarına” göndərməsini göstərirlər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, 2022-ci ilin fevralından 2026-cı ilin ortalarınadək Rusiyanın ümumi itkiləri 1,4 milyonu ötüb. Bununla yanaşı, Müharibə Tədqiqatları İnstitutu (ISW) diqqəti ona çəkir ki, kütləvi hücumlara və Rusiya rəhbərliyinin ərazi irəliləyişləri barədə bəyanatlarına baxmayaraq, sentyabr ayında Rusiya qoşunları nəzarətində olan 80,81 kvadratkilometrlik ərazini itirib.
İzmedia.az
![]()

