Tramp Pekin və Moskvanın İranı dəstəklədiyi barədə iddiaları təkzib edib

1 Min Read
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın İran İslam Respublikasına genişmiqyaslı kömək etməsi barədə yayılan iddialara reaksiya verib. “Truth Social” platformasında paylaşım edən Ağ Ev rəhbəri bu cür fikirlərin əsassız olduğunu və reallığı əks etdirmədiyini bildirib. Tramp qeyd edib ki, müəyyən dairələrin bu barədə verdiyi şərh və iddialara baxmayaraq, Pekin və Moskvanın Tehrana göstərdiyi hər hansı dəstək, hətta mövcud olsa belə, son dərəcə aşağı səviyyədədir və şəxsi qənaətinə görə bu cür yardımın göstərilməsi inandırıcı görünmür.
Bununla belə, ABŞ prezidenti Çin və Rusiya rəhbərliyinin Yaxın Şərqdəki mövcud gərginlik fonunda həddindən artıq riskli addımlar atdığına diqqət çəkib. Tramp əlavə edib ki, Vaşinqton tərəflərin bu münaqişədəki faktiki rolunu və dəstək səviyyəsini tezliklə tam dəqiqliyi ilə müəyyən edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş