Cənubi Amerika ölkəsi Peruda prezident seçkisi ərəfəsində misli görünməmiş debat formatı tətbiq olunacaq.
Milli Seçki Komissiyasının açıqlamasına görə, prezidentliyə namizəd olan 36 siyasətçi ardıcıl altı gün ərzində televiziya debatlarında iştirak edəcək.
Aprelin 12-də keçiriləcək seçkilərdə 27,3 milyondan çox seçici prezidentlə yanaşı, 130 deputat və 60 senator seçəcək. A
gence France-Presse qeyd edir ki, rekord sayda namizəd ölkədə siyasi səhnənin parçalanmasını əks etdirir və bu səbəbdən debatlar xüsusi formatda təşkil olunub.
Hər gün 12 namizəd çıxış edəcək
Milli Seçki Komissiyasının (NEC) planına əsasən, hər gün üç nəfərlik qruplara bölünmüş 12 namizəd dörd “mini-debat”da iştirak edəcək. Altı gün davam edəcək debatlar zamanı hər namizəd iki dəfə çıxış etmək imkanı qazanacaq.
Rəy sorğularına görə, Limanın keçmiş sağçı meri Rafael López Aliaga sağ düşərgənin digər tanınmış siması – sabiq prezident Alberto Fujimorinin qızı Keiko Fujimoridən geri qalır.
Uzunluğu 65 santimetr olan seçki bülletenində keçmiş milli futbolçu, televiziya komediyaçısı və korrupsiya ittihamı ilə üzləşən namizədlər də yer alıb.
Seçkilərin qalibi iyulun 28-də vəzifəsinin icrasına başlayacaq və impiçmentdən sonra ötən həftə müvəqqəti prezident kimi fəaliyyətə başlayan José María Balcázarı əvəz edəcək. Qeyd edək ki, Peru 2016-cı ildən bəri səkkiz dövlət başçısının dəyişməsi ilə xroniki siyasi qeyri-sabitlik yaşayır.
İzmedia.az
![]()

