Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, ölkəsi üçgünlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. Ukrayna lideri vurğulayıb ki, Kiyev ABŞ Prezidenti Donald Trampın xahişi ilə enerji atəşkəsinə razılıq verərək hücumları dayandırsa da, Rusiya Ukraynanın kritik infrastrukturunu vurmaqda davam edib və son bir həftədə 100-dən çox mülki şəxs həlak olub.
Zelenski əlavə edib ki, hücumların dayandırıldığı müddətdə Ukrayna ordusu ABŞ-dan gələn ballistik raket xəbərdarlıqlarından məhrum edilib, eyni zamanda cəbhədə böyük əhəmiyyət kəsb edən “Starlink” peyk rabitəsinin sürəti süni şəkildə azaldılıb. O, yaranmış vəziyyətin texniki nasazlıq deyil, Siyasi qərar olduğunu bildirib. Ukrayna Prezidenti qeyd edib ki, yalnız ABŞ-dan “Patriot” HHM sistemləri üçün əlavə raketlərin təmin ediləcəyi təqdirdə zərbələrin dayandırılması məsələsinə yenidən baxıla bilər.
İzmedia.az
![]()

