Sarı jiletlilər Fransada yaşayış bahalığına qarşı yüzlərlə nöqtədə etiraz aksiyası keçirib, lisey şagirdləri və fermerlər də hərəkata dəstək verib.

1 Min Read

Yerli mətbuatda yer alan xəbərlərə görə, 2018-ci ildə başlayan və yaşayış bahalığına qarşı hər il küçələrə çıxan sarı jiletlilər hərəkatına bir aydır təhsil şəraitinin yaxşılaşdırılması üçün etiraz aksiyası keçirən orta məktəb şagirdləri, yanacağın qiymətlərinə etiraz edən fermerlər və iqlim fəalları da dəstək verib.Fransa Daxili İşlər Nazirliyi ölkə daxilində 500 fərqli nöqtədə etiraz aksiyalarının keçiriləcəyini açıqlayıb.Digər tərəfdən, Paris Polis İdarəsi paytaxtın Yelisey sarayı, Baş nazirlik binası və Yelisey meydanı kimi mühüm nöqtələrində etiraz aksiyalarının keçirilməsini qadağan edib.Qadağaya baxmayaraq, məşhur Yelisey küçəsindəki mağaza sahibləri vitrinlərini reklam lövhələri ilə bağlayıb və küçə boyu təhlükəsizlik qüvvələri yerləşdirilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş