İranda hərbi təyyarə qəzaya uğrayıb: pilot həlak olub

0 Min Read

İranın TABNAK nəşrinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan əyalətində qəzaya uğrayıb.

İzmedia.az bildirir ki, hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib. Təyyarə Həmədan əyalətinin Nobaran bölgəsində yerə çırpılıb.

Qəza nəticəsində pilotlardan biri həlak olub, digəri isə sağ qalıb. Xilasetmə qüvvələrinin dərhal hadisə yerinə cəlb edildiyi qeyd olunur.

Məlumatda bildirilir ki, hadisənin təfərrüatları araşdırılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş