Tramp mümkün varisləri arasında Marko Rubionun da adını çəkib

1 Min Read

ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu növbəti prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib.

Sherg.az xəbər verir ki, Tramp CBS telekanalına müsahibəsində vitse-prezident Cey Di Vensdən başqa mümkün namizədlərlə bağlı suala cavabında Rubionun adını çəkib.

“Düşünürəm ki, Marko əladır”, – deyə o bildirib.

Tramp sentyabrın ortalarında Vensin 2028-ci il prezident seçkilərində özünün siyasi varisi kimi dəstəklənməsi barədə danışmağın hələ tez olduğunu bildirmiş, eyni zamanda vitse-prezident haqqında yüksək fikirdə olduğunu vurğulamışdı.

Qeyd edək ki, ABŞ mediası Marko Rubio və Cey Di Vensi Trampın mümkün siyasi varisləri kimi təqdim edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş