ABŞ-ın maliyyə naziri Skott Bessentin İrandan gələn təhdidlər səbəbindən Vaşinqtondakı evini tərk edərək hərbi bazaya yerləşdiyi iddia edilib.
“New York Times”ın (NYT) üç mənbəyə əsaslanan xəbərinə görə, İranın ABŞ rəsmilərini hədəfə almaq cəhdlərini artırmasından sonra Bessentin təhlükəsizlik səbəbilə hərbi bazaya köçürüldüyü bildirilib.
izmedia.az xəbər verir ki, bessent ABŞ-İsrail-İran müharibəsi başlayandan bəri Tramp administrasiyasının İran iqtisadiyyatını zəiflətməyə yönəlmiş siyasətlərinə rəhbərlik edən şəxs kimi diqqəti cəlb edir.
ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton keçən ay bildirib ki, Tehran Yaxın Şərqdə və regiondan kənarda amerikalıları hədəfə almaq səylərini “əhəmiyyətli dərəcədə artırıb”.
Mənbələr İranın ABŞ rəsmilərinə qarşı planlarının “daha təkmil mərhələyə” çatdığını bildirsələr də, Bessentə qarşı təhdidlərin nə dərəcədə ciddi olduğunun aydın olmadığını qeyd ediblər.
![]()

