İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına düşdüyünü və alov aldığını açıqlayıb.Açıqlamada Fars körfəzində 2 milyon barreldən çox xam neft daşıyan super tankerlərdən birinin yanaraq batdığı bildirilib.
İki neft tankerinin dünya neft nəqli üçün ən mühüm tranzit məntəqələrindən biri olan Hörmüz boğazında dəniz minalarına düşdüyü açıqlanıb.İran İnqilab Keşikçiləri Korpusu Boğazın cənubunda icazəsiz keçid yolundan istifadə etməyə çalışan tankerlərdə partlayışların baş verdiyini bildirib.
izmedia.az xəbər verir ki, İKİ NEFT TANKERİ YANDI
İran İnqilabı Keşikçiləri Korpusundan verilən açıqlamada, Hörmüz boğazının cənubunda təyin olunmuş tranzit marşrutundan kənarda hərəkət etməyə çalışan iki neft tankerinin dəniz minalarına düşdüyü bildirilib.
Partlayışlardan sonra hər iki tankerdə yanğının başladığı bildirilib.
2 MİLYON BARELDƏN ÇOX NEFT DAŞAN TANKER uduldu
Açıqlamada Fars körfəzinin cənub sularında 2 milyon barreldən çox xam neft daşıyan super tankerlərdən birinin yanaraq batdığı açıqlanıb.
Digər tankerin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat paylaşılmayıb.
İran rəsmilərinin bəyanatında tankerlərin adları, ekipajın vəziyyəti və hadisənin baş verdiyi dəqiq yer barədə məlumat verilməyib.
![]()

