ASİYADA TRAFİK ZİRVƏSİ: Əvvəlcə ASEAN, sonra APEC!Trampdan yeni açıqlamalar gəldi…

1 Min Read

Filippində insanlar ABŞ prezidenti Donald Trampın səfərinə və ölkənin şimalında “texnologiya istehsalı mərkəzi”nin yaradılmasını nəzərdə tutan süni intellekt təşəbbüsünə etiraz ediblər.

izmedia.az xəbər verir ki, manilada çıxan “Inquirer” qəzetinin xəbərinə görə, Filippin etirazlara şahid olub.

Ölkə boyu insanlar Trampın səfərinə etiraz etmək üçün küçələrə axışıblar.

Aksiya iştirakçıları, o cümlədən fəallar, yerli sakinlər və tələbələr də ölkənin Tarlac bölgəsində “texnologiya istehsalı mərkəzi” yaradılması və “silikon tədarük zənciri” yaradılmasını nəzərdə tutan “Pax Silica” təşəbbüsünə reaksiya veriblər.

Beynəlxalq mətbuatda yer alan xəbərlərdə 300-ə yaxın etirazçının saxlanıldığı qeyd edilib.

Sözügedən süni intellekt mərkəzi əkinçiliklə məşğul olan insanları və yerli Aeta qəbiləsini sıxışdırıb çıxaracağı və ölkənin su ehtiyatlarına zərər verəcəyi səbəbi ilə tənqid edilir.

"Pax Silica" təşəbbüsü

2025-ci ilin dekabrında Vaşinqton administrasiyası kritik minerallar, enerji və süni intellekt infrastrukturu kimi sahələri əhatə edən "silikon tədarük zənciri" yaratmaq üçün "Pax Silica" adlı əməkdaşlıq təşəbbüsünü elan etdi.

ABŞ-ın rəhbərliyi ilə yaradılmış “Pax Silica” təşəbbüsünə Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Hollandiya, İngiltərə, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan kimi ölkələr daxildir.(AA)

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş