Nigeriya Prezidenti Tinubu haqqında yayılan “ölkənin adını dəyişdirmək və şəriəti ləğv etmək planı” xəbəri təkzib edildi

1 Min Read

Nigeriya Prezident Administrasiyası Prezident Bola Ahmed Tinubu-nun ölkənin adını “Nigeriya Birləşmiş Ştatları” olaraq dəyişdirmək və şimal bölgəsində şəriət qanunlarını ləğv etmək niyyətində olması barədə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

Prezidentin mətbuat katibinin açıqlamasında bildirilib ki, yayılan iddialar tamamilə yalan və uydurmadır. Rəsmi açıqlamada qeyd olunub ki, bu cür xəbərlər siyasi gərginlik yaratmaq və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Bəyanatda həmçinin vurğulanıb ki, Nigeriyada konstitusiya dəyişikliyi prosesi yalnız parlamentdə geniş müzakirə və səsvermə, həmçinin ştat qanunvericilik orqanlarının təsdiqi ilə mümkün ola bilər və prezident tərəfindən təkbaşına həyata keçirilə bilməz.

Administrasiya vətəndaşları dezinformasiyaya inanmamağa və yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə çağırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş