Tramp Baydeni “vicdansız siyasətçi” adlandırıb

1 Min Read

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin ABŞ Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırmaq qərarını tənqid edib və onu “vicdansız siyasətçi” adlandırıb.

Bundan əvvəl keçmiş prezident Co Bayden 2016–2017-ci illərdə xatirələrinin müəllifi ilə apardığı şəxsi söhbətlərin səs yazılarının Konqresdəki respublikaçıların istifadəsinə verilməsinin qeyri-müəyyən müddətə qadağan olunmasını tələb edən məhkəmə iddiası qaldırmışdı.

Donald Tramp isə Truth Social sosial şəbəkəsində bununla bağlı xəbəri paylaşaraq qısa şəkildə “Vicdansız siyasətçi” sözlərini yazıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş